Soxulcan Gübresi

bir avuc soluxan gübresi

Soxulcan Gübresi
Torpağa kimyəvi gübrələr verərək, mikroorqanizmləri öldürürük. Əkin sahələrini yararsız hala salan şoranlaşma da ekoloji problem yaradan amillərdəndir. Çünki şoranlaşmış ərazi gələcəyin potensial səhrasıdır. Müasir suvarma üsulu olan damcı suvarma və ya çiləmə üsulu ilə suvarmaq lazımdır.

Torpaq üzərində olan hər bir mikroorqanizmin öz funksiyası var. Biz isdi torpağa kimyəvi gübrələr verərək, bu mikroorqanizmləri öldürür, bunla da torpağı yararsız hala salırıq. Təkcə kimyəvi gübrə yox, təbii gübrələr də həddində verilməlidir. Təbii gübrələr kimi müxtəlif heyvan peyinlərindən və ya bio-humusdan istifadə etmək daha məqsədəuyğundur.

Soxulcan gübrəsi dünyada bitkilər üçün ən güclü və faydalı təbii gübrə hesab edilir. Hər növ tarla, parnik və dekorativ bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur.

Bu gübrə soxulcanların orqanik (üzvi) qidaları yedikdən sonra ifraz etdikləri nəcisdir. Soxulcan gübrəsinin digər gübrələrdən üstünlüyü ondadır ki, bitki üçün lazım olan bütün maddələrə sahib olmasıyla bərabər, bu maddələrin bitkilər tərəfindən dərhal yararlanıla biləcək formada olmasidir.

Görünüş olaraq qara torpağa bənzəyir. Soxulcan gübrəsinin tərkibində bitkinin inkişafı üçün lazım olan bütün enzimlər (fermentlər), mikro və makro elementlər, torpaq antibiotikləri, vitaminlər, böyümə hormonları, üzvi maddələr və çürüntülər mövcuddur.

Soxulcanlar həzm sistemlərindəki xüsusi qoruyucu mayeni proses zamanı gübrəyə buraxırlar. Bu maye bir çox bitki xəstəliyinə qarşı effektli mübarizə aparır. Buna görə də soxulcan gübrəsiylə qidalanan bitkilər xəstəliklərə qarşı daha dözümlü olurlar.

Soxulcan gübrəsinin tərkibində bol miqdarda humus mövcutdur. Müqayisə üçün deyək ki, ən məhsuldar torpaqda belə sadəcə 10 – 14% humus vardır ki, bunun da əmələ gəlməsi üçün yüzlərcə il lazımdır. Unutmayinki humus torpagdaki qidalari bitkiler tərəfindən daha hasand alinmasini saglayir

Bunu da oku :  Solucan Unu

İnsan sağlamlığına ən faydali, 100 % təbii və orqanik məhsul əldə etmək üçün ən etibarlı gübrə soxulcan gübrəsidir.

Terkibi:
Organik maddələr, Humik maddə, Fulvik turşusu, Enzimlər, Vitaminlər, Amin turşusu, Faydalı mikroorganizmlər, Torpaq antibiotikləri, Böyümə hormonu Azot (N), Fosfor( P) ve Kalium ( K).

Mikro eleməntlər:
Kadmium (Cd), Mis (Cu), Nikel (Ni), Qurğuşun (Pb), Zink (Zn), Xrom (Cr), kalsium(Ca), maqnezium (Mg), Bor (B), Manqan (Mn), Dəmir (Fe), Kükürd (S) Molibden (Mo)

Xüsusiyyətləri
Soxulcan gübrəsinin möcüzəvi dəyərini anlatmadan öncə Soxulcan gübrəsinin digər gübrələrdən fərqini görək.

Kimyəvi Gübrələr – Kimyəvi gübrələr həm torpaq, həm də bitkilər üçün çox zərərlidir və dolayısıyla insanlar üçün zərərlidir.

– Kimyəvi gübrələr torpağın tərkibini pozur
– Kimyəvi gübrələr torpağın Ph balansını pozaraq torpağın duzlanmasına səbəb olur
– Torpağın suyu saxlama qabiliyyətini zəiflədir
– Kimyəvi gübrə verilərək yetişdirilən məhsullarda təbii aroma və ləzzət olmaz
– Kimyasal gübrəylə yetişdirilən məhsullar sağlamlıq üçün çox zərərlidir (Bitkilərin böyüməsinə anında təsir göstərməsinə aldanmayın. Bugün cücələrə belə dərman verərək 30 günə yeməli hala gətirirlər…amma!)

Toyuq və İnək Gübrəsi: Bu gübrələrin tərkibində soxulcan gübrəsindən 4 – 8 dəfə daha az humus var. Ayrıca, bu gübrələrin tərkibində toxum və bitkiləri xəstə edəcək bəzi mikroorqanizmalar və parazitlər mövcuddur. Toyuq və inək gübrələrinin tərkibində bəzi duz növləri mövcuddur (özəlliklə toyuq gübrəsində daha çox duz olur). Ona görə də bu tür gübrələri həddən artıq istifadə etdikdə bitkiyə zərər verir….Bu gübrələr kimyəvi gübrələr qədər zərərli olmasa da dəyərləri soxulcan gübrəsindən çox aşağıdır.

Bunu da oku :  Solucan Gübresi ve Faydaları

1) Soxulcan gübrəsi bitkilər üçün ən effektiv və xeyirli gübrə hesab edilir.
2) Tərkibindəki humusun miqdarı digər gübrələrdən 4-8 dəfə çoxdur
3) Məhsuldarlığı % 40 – 70 faiz artırır.
4) Meyvə və tərəvəzlərə %100 təbii dad, rəng və aroma verir
5) Meyvə və tərəvəzlərin yetişmə müddətini 20-30 gün tezləşdirir
6) Soxulcan gübrəsiylə bəslənən bitkilər güclü kök sisteminə sahib olur
7) Torpağın nəmini uzun müddət saxlayaraq sulama ehtiyacını azaldır
8) Tərkibi məhsuldarlığı artıran faydali mikroorganizmalarla zəngindir
9) Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır;
10) Torpağın PH balansını tənzimləyir və duzlanmanın qarşısını alır

İstifadə qaydası
Soxulcan gübrəsi torpaq özəllikilidir. Yəni, bitkiləri sırf gübrənin içində əksək belə köklərini yandırmaz vəya çürütməz. Digər gübrələrdə belə xüsusiyyət yoxdur. Digər gübrələri nəinki tək başına istifadə etmək, hətta torpaqdakı nisbətini biraz çox etsək bitki bundan zərər görər. Soxulcan gübrəsini toxum əkimindən məhsul yığımına qədər istifadə edə bilərsiniz. Bu gübrənin çox istifadə edilməsinin bitkiyə heç bir zərəri olmasa da lazımı miqdardan çox istifadə etsəniz, sadəcə gübrənin israfına yol açarsınız.

Unutmayın ki, bitkilər qidaları insanlar kimi nəfslərinin istədiyi qədər deyil, ehtiyaç duyduqları qədər alırlar.

Bunu da oku :  Sıvı solucan gübresi üretimi

Nə qədər çox istifadə etsəm o qədər yaxşıdır düşüncəsi yerinə lazımi zamanda və lazimi miqdarda istifadə etməklə bitkilərinizin sağlam şəkildə inikişaf etmələrini təmin edərsiniz.

Necə istifadə etməli
Çiçək və tərəvəz şitilləri üçün istifadə edildiyində şitil çuxuruna ilk əkimdə bir ovuc (40 – 50 gr) qoymaq kifayətdir.

Daha sonra ayda 2 – 3 dəfə bitkinin ve qabın boyundan asılı olaraq 1 stəkan suya 1 xörək qaşığı soxulcan gübrəsi qarışdıraraq maye halında verəbilərsiniz. Bu şəkildə bitkinin bütün kök sistemi qidalanır.


Kaliforniya Soxulcan Gübrəsi – Vermikompost – Biohumus

Burada aşağıdaki xüsuslara diqqət edin:
1)Hazırladığınız məhlulu eyni gün içində istifadə etməlisiniz. Ona görə də ehtiyacınız qədər hazırlayın.
2) Torpağın nəmli olması gərəkir. Ona gorə də, hazırladığınız mayeni vermədən öncə bitkilərinizi 1-2 saat öncədən sulayın
3) İstifadə edəcəyiniz su kran suyudursa suyu 1 – 2 saat öncədən dinləndirin ki, içindəki xlor uçsun.
4) Gübrəni əlavə etdikdən sonra suyu yaxşı qarışdırın və bitkiyə vermədən öncə 3 – 5 saat dinləndirin ki, suyun içindəki faydalı mikroorqanizmlərin miqdarı artsın. Məhlulu dinləndirirkən mayedəki oksigen miqdarının artması üçün ara sıra qarışdırmağınızda fayda var (oksigen gübrədəki bitki üçün faydalı mikroorqanizmlərin miqdarını artırır).

Unutmayin soxulcan gübrəsindən hazırladıgınız məhlul bitkilərinizin inkişafına cox faydasi vardır. babayevs

Click to rate this post!
[Total: 0 Average: 0]
(Visited 66 times, 1 visits today)

Related posts

Leave a Comment